“Biz kəndə girəndə zabitdən xahiş etdim ki, düşüb onları müşayiət edim. O da razılıq verdi. Maşından düşən kimi əyilib torpaqdan öpdüm. Bir ovuc da götürüb üzümə çəkdim”.
Könüllü olaraq Vətən müharibəsinə yollanan Fikrət Firidov deyir bunları. Fikrət bəy, həm də birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 55 yaşlı həmsöhbətimiz Laçın rayonunun Güləbit kəndindəndir. Könüllü olaraq müharibəyə getmək istəyinin əsas səbəbi də doğma yurdunun azadlığı uğrunda vuruşmaq arzusu olub. Dəfələrlə müraciət etsə də onu müharibəyə aparmaq istəməyiblər. Buna səbəb isə II qrup əlil olmasıdır. Amma bir gecə gözlədiyi həmin telefon zəngi gəlir...
Lent.az video-reportajı təqdim edir: